Əlcəzairin mərkəzində toqquşmalar bərpa olunub

Əlcəzairin eyniadlı paytaxtının mərkəzində polis və nümayişçilər arasında toqquşmalar bərpa olunub.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, qanun keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Cümə günü kütləvi aksiyalar zamanı nümayişçilər polisin gözyaşardıcı qaz tətbiq etməsinə daşla cavab veriblər. Əsas toqquşmalar Mərkəzi Poçt İdarəsinin yerləşdiyi Odena meydanı ərazisində qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar