İcra başçısı sakinlərlə görüşüb – FOTO

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayonun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Bu barədə icra hakmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, 100-dən çox qəsəbə sakini iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.

Qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar