Ərdoğanın inauqurasiyasına Artur Rəsizadə gedəcək

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində Azərbaycandan baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Bunu Musavat.com-a açıqlamasında YAP-çı deputat Siyavuş Novruzov deyib. Qeyd edək ki, S.Novruzov hazırda digər həmkarları ilə birlikdə Ərdoğanın rəhbərlik etdiyi AKP-nin qurultayında iştirak edir.

Yeri gəlmişkən, bundan öncə Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcəyi barədə xəbər yayılmışdı. Məlumata görə, mərasimdə 14 ölkə prezident və dövlət rəhbəri, 10-ya yaxın ölkə baş nazir, bir neçə ölkə parlament sədri və nazirlər səviyyəsində təmsil olunacaq. Ermənistanı isə XİN başçısı E.Nalbandyan təmsil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar