Həftəsonu ölkədə qızıl-gümüşün qiyməti düşüb

Dərc olunub: 12/04/2019 - 23:39

 

qizil gumusAzərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, aprelin 12-də qızılın qiyməti aprelin 11-i ilə müqayisədə 24,463 manat azalaraq 1 unsiya üçün 2197,9555 manat təşkil edib.

Gümüş 0,4093 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4731 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 20,604 manat azalaraq 1519,97 manat, palladiumun qiyməti isə 28,1945 manat azalaraq 2334,6015 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.










loading...


Fikrinizi bildirin