Poroshenko təcili atəşkəs planı üzərində işləyəcək

Petro PoroshenkoUkrayna prezidenti Petro Poroshenko deyib ki, o, Ukraynanın şərqindəki separatçı münaqişəni yoluna qoymaq üçün təcili olaraq atəşkəs planı üzərində işləyəcək.

Poroshenko Putinlə Minskdə avqustun 26-dakı görüşü çətin və mürəkkəb adlandırıb.

Poroshenkonun sözlərinə görə, 2 saatlıq təkbətək danışıqlarda hər iki tərəf Kiyevin sülh təklifləri ilə razılaşıb.

Putin danışıqları müsbət qiymətləndirib, ancaq deyib ki, atəşkəs Ukraynanın daxili məsələsidir.

Ancaq o söz verir ki, sülh planı başlasa, Rusiya bu planın reallaşması üçün hər şeyi edəcək.

Putin və Poroshenko Rusiya qazının Ukraynaya verilməsi məsələsini də müzakirə etməyə razılaşıblar. Həmin danışqlar sentybarın 6-da başlanacaq. Danışıqlarda Avropa Birliyi də iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar