“Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar” – Millət vəkili

Dərc olunub: 13/04/2019 - 10:27

1555133294_121900015602Millət vəkili Fazil Mustafa olduqca diqqətçəkici bir status paylaşıb.

Medicina.az xəbər verir ki, o, bir xanım qohumuna 15 il əvvəl Bakı şəhərində xərçəng diaqnozu quyulduğunu və hər il kimyaterapiya aldığını bildirib: “Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan, anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və moralı xeyli yaxşılaşıb”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar, bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!








loading...


Fikrinizi bildirin