Çavuşoğlundan Makrona və Fransaya sərt sözlər - "Sizə həddinizi bildirməyə davam edəcəyik”
"Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli davranması bir tərəfə, heç neytral da ola bilməz”
Gözlənildiyi kimi, Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma “erməni soyqırımı”nı anım günü elan olunması barədə fərman imzaladı. Fərman artıq Fransanın rəsmi qanunvericilik portalında dərc olunub.
“Hər il Fransada 24 aprel tarixi ”erməni soyqırımı" qurbanlarının milli anım günü kimi qeyd olunacaq", - deyə fərmanda bildirilir.
Beləliklə, bundan sonra saxta “erməni soyqırımı” ilə bağlı tədbirlər Parisdə rəsmi qaydada keçiriləcək.
Xatırladaq ki, 2001-ci ildə Fransa qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb. O zaman Parisin qərarı Türkiyə tərəfindən çox sərt qarşılandı, əlaqələr xeyli zəiflədi, Fransa mallarını boykotdan tutmuş, diplomatik münasibətlərin səngiməsinə qədər bir sıra olaylar müşahidə olundu. Lakin sonrakı dönəmlərdə münasibətlər öz axarına düşməyə başladı. E.Makron isə öz gəlişi ilə yenidən ermənilər qucaq açdı. Keçən il o, İrəvandakı tədbirə qatılarkən də Ermənistana və ermənilərə sevgisini izhar etmişdi. Düzdür, bundan əvvəlki rəhbərlik də Ermənistanı Fransanın “bacısı” olaraq qiymətləndirmişdi, lakin hər halda, Makronsayağı davranmamışdı.
Beləliklə, özünü demokratik, beynəlxalq hüququn aliliyini qoruyan dövlətlərdən sayan, Avropa Birliyinin aparıcı üzvlərindən olan Fransa növbəti ədalətsizliyə imzasını atdı. Hansı ki, yaxın keçmişimizdə, 27 il bundan qabaq Ermənistan ordusu öz havadarları ilə birlikdə Xocalı soyqırımını törədiblər, Fransa isə hələ ki bu dəhşətli soyqırım barədə qərarını verməyib. Lakin bunun əvəzində Paris 1915-ci ildə baş verməyən hadisələrə görə davamlı addımlar atır. Təbii ki, qardaş ölkənin buna cavabı sərt olacaq.
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir. “Fransanın Türkiyəyə dair dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir. Bəyanatda həmçinin bildirilir ki, Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da Makronun qərarına reaksiya verib. Nazir şəxsi tvitter səhifəsində yazıb ki, Fransa prezidenti Makronun “24 aprel” sərəncamı Avropa İnsan Haqları Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozur. Makron seçki kampaniyasında ermənilərə verdiyi vədləri yerinə yetirməyə cəhd göstərərək yenə populizmi körükləyir. Əvvəl öz qaranlıq tarixinə nəzər salsın. Ruanda soyqırımının üzərindən 25 il keçib. Xarici işlər Naziri Çavuşoğlu Türkiyə-Hollandiya (Wittenburg) 7-ci Konfransından sonra Amsterdamda hollandiyalı həmkarı Stef Blok ilə keçirilən birgə mətbuat konfransında isə deyib ki, bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Bu məsələdə biz də lazımi tədbirləri onsuz da alacağıq. Bununla bağlı Ankarada bəzi cəhdləri başladıq. Bu cür siyasi qərarlar almağın tarixi təhrif etməyin siyasətçilərə yaraşmadığını vurğulayan Çavuşoğlu “Siyasətçilərin bu məsələlərdə qərar qəbul etməsi düzgün deyil. Xüsusilə Fransanın bu məsələdə qərar alması hər baxımdan tragikomikdir. Fransanın öz tarixinə baxması lazımdır” deyə bildirib.
M.Çavuşoğlu NATO tribunasından da Makronun siyasətini darmadağın edib.
“Fransa kimi ölkələr bir şeyə öyrənib. Həmişə ağalıq edəcəklər, həmişə başqa ölkələri tənqid edəcəklər, alçaldaçaqlar. Türkiyə və ya başqa ölkə tərəfindən tənqid olunanda isə şok olacaqlar”-Çavuşoğlu bəyan edib.
NATO Parlament Assambleyasının seminarında çıxışı zamanı XİN rəhbəri daha sonra bildirib: “Beynəlxalq hüquqla bağlı Türkiyəyə dərs verməyə çalışırsınız. Burada mənim dediklərimə belə dözə bilmirsiniz. Makronun aldığı qərar Fransa Konstitusiya Məhkəməsinin qərarı ilə təzad təşkil etmir? Avropa İnsan Haqları Məhkəməsinin qərarlarıyla təzad təşkil edir? Hər ikisi ilə də təzadlıdır.
Keçmişdə baş vermiş bir hadisəni soyqırım kimi tanımaq siyasətçilərin vəzifəsidir? BMT qərarlarını oxudunuz? Siz siyasilər tarixlə bağlı hadisələr haqqında qərar verməyi özünüz üçün haqq olaraq görürsünüz. Hansı məlumatla bu barədə qəti qərar verirsiniz? Bunun səbəbi populizmdir, sizin prezidentiniz də populizmə məğlub olmuşdur. Soyqırım barədə Türkiyəyə dərs verəcək son ölkə Fransadır. Fransa əvvəlcə öz tarixinə baxsın, dərs verməyə çalışmasın. Əlcəzairdə, Ruandada, Afrika ölkələrində Fransanın törətdiyi soyqrımları unutmadıq. Siz özünüzü üstün görməyə davam edin, ancaq sizə həddinizi bildirməyə davam edəcəyik”.
Qeyd edək ki, Çavuşoğlu bu fikirləri fransalı parlamentari Sonia Kriminin “qondarma erməni soyqırımı” barədə sualını cavablandırarkən söyləyib.
Bəs, Azərbaycan indiki situasiyada hansı addımları atmaq niyyətindədir? Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyib. Bəzi müşahidəçilər hesab edir ki, ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olan Fransanın açıq-aydın ermənipərəst mövqe tutması Parisin Qarabağ məsələsində də ədalətsiz davranacağına şübhə yeri qoymur, ötən illərdə bunun dəfələrlə şahidi olmuşuq. Belə olan təqdirdə Fransanın həmsədrliyindən imtina məsələsinin də gündəmə gələ biləcəyi ehtimal olunur.
F.Mustafa hesab edir ki, Azərbaycan Türkiyənin bu mövzuda hər bir addımını dəstəkləməlidir: “Çünki saxta soyqırım ittihamının bir ucu da bizə gəlib çatır. Həmsədr ölkə kimi Fransanın biabırçı mövqeyi onsuz da tərəfimizdən tənqid olunur, ancaq bu soyqırım günü məsələsi ilə özlərini daha da ifşa etdilər”.
İmtina məsələsinə gəldikdə, deputat bildirdi ki, bu, real deyil: “Çünki beynəlxalq güclər həmsədrlərin üçünü də məhz Ermənistanı müdafiə etmək üçün oraya yerləşdiriblər”.
Q.Paşayeva sosial şəbəkələrdə təcrübəli olan insanlara çağırış edərək etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırmağa çağırıb: “Bu, çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, Fransada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir”.
Q.Paşayeva etiraz məktubunu fransız dilində də yayıb(musavat.com).
Şərhlər
Mövlud Çavuşoğlunun çıxışını video görüntüdə izlədim. Xarici siyasətin rəhbəri belə də olmalıdır. Bu çıxışdan qürur duydum. Özümüzünkünə baxanda adam özündən utanır. Ola bilər ki, o, Çavuşoğludan da yaxşı oğlandır, yeyən, içən, sağlıq deyən, qonaqlıq verən. Razılaşın ki, bu sahədə biz nəinki ermənilərə, hətta ən geridə qalmış Afrika ölkəsinə də uduzuruq. Bir daha təkrar edirəm, kimləsə qohum da, dost da ola bilərik, dövlət adamı olmaq, dövləti təmsil etmək başqa məsələdir. Tarixən biz dövlətçiliyə deyil, qohumluğa, tayfabazlığa, yerliçiliyə stünlük veririk. Dünyaya bir az açıq gözlə baxmalıyıq. Bizi təmsil edənə baxıb dövlətə qiymət verirlər, açığı desək, bizə gülürlər. İndiyə kimi nə olubsa eybi yox. Düşünmək, düzgün qərar qəbul etmək vaxtıdır mənim əzizlərim.
ERMƏNİ SOYQIRIM MƏSƏLƏSİNƏ BİRDƏFƏLİK SON QOYMAQ LAZIMDIR.BUNUN ƏN CANQURTARAN YOLUNU MƏNCƏ BİRCƏ BİLİRƏM. BELƏ Kİ,ƏN ƏLASI BU YALANI HƏQİQƏTƏ ÇEVİRMƏKDİR.ƏVVƏLCƏ BÜTÜN DÜNYANIN GÖZÜ QARŞISINDA ADI GEDƏN MƏSƏLƏNİ MÜKƏMMƏL BİR ŞƏKİLDƏ GERÇƏKLƏŞDİRMƏK LAZIMDIR. VƏ SONRA DA BEYNƏLXALQ ALƏMƏ BƏYAN ETMƏK Kİ,İNDİYƏ QƏDƏR ETMƏMİŞDİM, AMMA İNDİ ETDİM.HƏQİQƏT SİZ DEYƏN KİMİ YOX, BAX BELƏ OLUR.QOY FRANSA DA GEDİB BACISI ERMƏNİSTANIN QAPISINA BİR BARELYEF ASSIN Kİ,BU KÜLLÜKDƏ ERMƏNİ ADLANAN MƏZLUM BİR TAYFA YAŞAMIŞDI.
gedek parisin katakombalarini temir edek
Mövlud Çavuşoğlunun çıxışını video görüntüdə izlədim. Xarici siyasətin rəhbəri belə də olmalıdır. Bu çıxışdan qürur duydum. Özümüzünkünə baxanda adam özündən utanır. Ola bilər ki, o, Çavuşoğludan da yaxşı oğlandır, yeyən, içən, sağlıq deyən, qonaqlıq verən. Razılaşın ki, bu sahədə biz nəinki ermənilərə, hətta ən geridə qalmış Afrika ölkəsinə də uduzuruq. Bir daha təkrar edirəm, kimləsə qohum da, dost da ola bilərik, dövlət adamı olmaq, dövləti təmsil etmək başqa məsələdir. Tarixən biz dövlətçiliyə deyil, qohumluğa, tayfabazlığa, yerliçiliyə stünlük veririk. Dünyaya bir az açıq gözlə baxmalıyıq. Bizi təmsil edənə baxıb dövlətə qiymət verirlər, açığı desək, bizə gülürlər. İndiyə kimi nə olubsa eybi yox. Düşünmək, düzgün qərar qəbul etmək vaxtıdır mənim əzizlərim.