“KİŞİ OLMAĞA ÇALIŞIRAM..." - Namizədlər arasında gərginlik pik həddə

Seçki günü yaxınlaşdıqca Ukrayna prezidentliyə namizədlər arasında münasibətlər daha da gərginləşir. “AzPolitika.info” xəbər verir ki, əsəbləri dözməyən hazırkı prezident Pyotr Poroşenko ötən gün telekanalların birində gedən canlı müzakirələr zamanı dəvət olunmadığı halda studiyaya gələrək, verilişə müdaxilə edib.

Daha sonra isə hazırkı prezident studiya ilə telefon əlaqəsi quran digər namizəd Vladimir Zelenskiylə mübahisə edib, verilişdə qalmaqal yaranıb və bütün bunlar canlı olaraq, yayımlanıb.

Poroşenko həmin verilişdə Zelenskini aprelin 14-də teledebata çağırıb.  Zelenski imtina edərək, yalnız əvvəlk dediyi kimi, aprelin 19-da “Olimpiyski” stadionynda debat keçirəcəyini söyləyib. Onu da qeyd edək ki, sözügedən telekanal “1+1” adlanır və Zelenskinin himayədarı sayılan milyarder İqor Kolomoyskiyə məxsusdur.

Namizədlər arasında baş verən gərginlik və qarşılıqlı ittihamlarla bağlı danışan, seçkinin birinci turunda 3-cü nətcə göstərmiş sabiq baş nazir Yuliya Timoşenko tərəfləri sərt tənqid edib. Rusiyameylli namizəd Yuri Boyko isə Poroşenkonun və Zelenskinin öz hərəkətləri ilə Ukraynanı biabır etdiklərini söyləyib.

Bu arada Fransada səfərdə olan və prezident Makronla görüşən V.Zelenski jurnalistlərə açıqlamasında canlı yayımda Poroşenko ilə sərt və aqressiv danışmasının səbəblərinə aydınlıq gətirib. O deyib ki, bir hakimiyyət institutu olaraq prezidentlik postuna hörmət etsə də, şəxsən P.Poroşenkoya hörməti yoxdur.

O, həmçinin Poroşenkonun onu “narkotik aludəçisi”, “Kolomoyskinin kuklası” və digər ifadələrlə təhqir etməsini xatırladıb.

Zelenski debatın tarixini dəyişməkdən imtinasını isə sözünün üstündə durması ilə izah edib: “Məni yalnız Ukrayna cəmiyyətinin reaksiyası maraqlandırır. Mən necəyəmsə, elə də görünürəm – açıq və düzgün. Biz danışmışdıq ki, debat aprelin 19-da “Olimpiyski”də olacaq. Mən həyatda heç vaxt qaydaları pozmamışam və cənab prezidentin mənə dediyi kimi, “kişi olmağa” çalışıram. Ona görə də, sözümün üstündə durdum...”

Onu da qeyd edək ki, prezident P.Poroşenko səsvermə ilə bağlı yeni təkliflə çıxış edib. Prezident təklif edir ki, səsvermə zamanı bülletenlərə Poroşenko ilə Zelenskinin adları ilə yanaşı “hər ikisinin əleyhinə” qrafası da salınsın.

Poroşenko hesab edir ki, Zelenskiyə səs verənlərin böyük əksəriyyəti hakimiyyətdən narazı olsalar da, şoumenə xüsusi rəğbət bəsləmirlər və ona əlacsızlıqdan səs verirlər. Ancaq həmin seçicilər namizədlərin hər ikisinin əleyhinə səs versələr, nəticələr gözləniləndən xeyli fərqli ola bilər. Hələ ki, MSK bu təkliflə bağlı heç bir açıqlama verməyib.

635x100

Şərhlər

NURəddin 2019-04-13 14:30:47

HEÇ VAXT MİLYARDERİ HAKİMİYYƏTƏ YAXIN BURAXMAQ OLMAZ.ELƏ 1 MİLYARDER YOXDUR Kİ,ONUN PƏRDƏ ARXASI HƏYATI İFUNƏTLİ OLMASIN.OLDUQCA İYRƏNC HƏYAT TƏRZİ KEÇİRƏN MİLYARDERLƏRİN HAMISININ PSİXOLOJİ PROBLEMİ OLUR.ONLAR 1 MÜDDƏTDƏN SONRA İNSANLIĞIN BÜTÜN SƏRHƏDLƏRİNİ UNUDUR VƏ QUDUZLAŞIRLAR.BELƏLƏRİNİN TƏFƏKKÜRÜ DÖVLƏT İDARƏÇİLİYİ DEYİL.ONLAR HAKİMİYYƏTƏ RƏQİBLƏRİNİ VURMAQ VƏ YAMANLIĞIN İMPERİYASINI QURMAQ İSTƏYİ İLƏ GƏLİRLƏR.DAİM İNTRİQALAR YARATMAQ VƏ YENİ ƏYLƏNCƏLƏR KƏŞF ETMƏK HAQDA DÜŞÜNÜQRLƏR.

Son yazılar