Bakıda Elinanın xatirəsinə həsr olunmuş aksiyanın qarşısı alınıb  - FOTOLAR

Bu gün Bakıda polis 162 saylı məktəbin intihar etmiş səkkizinci sinif şagirdi Elina Hacıyevanın xatirəsinə həsr olunmuş razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısını alıb.

Virtualaz.org-ın məlumatına görə, məktəbin bir neçə şagirdi və onların valideynləri, həmçinin həlak olmuş qızın tanışları məktəbin darvazasının yaxınlığında gül düzüb və şam yandırıblar. Onlar nitq söyləməyə cəhd edən zaman polis toplaşanlardan həmin yeri tərk etməyi xahiş edib.

Qeyd edək ki, Elina Hacıyevanın ölümü ilə bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işinə başlanıb. Məktəbin direktoru Sevinc Abbasova, eyni zamanda onun müavini və məktəbin psixoloqu tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

635x100

Şərhlər

t.ədalət 2019-04-13 16:51:44

Nə yaxşı ki adamlar özləri hüquqlarını qorumaq üçün ayağa qalxıblar.....Öz vətəndaşımızın,körpə Elinanın ölümünü təşkil edən bu adamlar,direktor və İH başçısının müavini X.Bayramova haqqında görüləcək tədbirlər ləngiyir.

Oqtay 2019-04-13 16:51:44

Görəsən bizim ölkədə neçə nəfərin bir yerə yığılması aksiya sayılır.Bunun bir tərifi varmı?

Vətəndaş 2019-04-13 16:51:44

Sağlığında kor Fatı,öləndə badam gözlüm. Bəlkədə məktəb direktorununda bu işdə günahı olmayıb.Sadəcə onin ehtiyatsızlıqdan dediyi söz onu bitirib.Elinanın yazısından aydın olurki ailəsindədə problemi olub.İndi anasıgil günahkar axtarır.

Son yazılar