"Yuventus" vaxtından əvvəl çempion olmaq şansını qaçırıb

Turinin "Yuventus" klubu İtaliya A Seriyasının 32-ci turunda SPAL-a məğlub olub."Report" xəbər verir ki, Ferrara şəhərinin "Paolo Mattsa" stadionunda baş tutan görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunda ilk olaraq "byankonyeri"lər fərqlənib. Moyze Kin 30-cu dəqiqədə hesabı açaraq, çempionatda keçirdiyi ardıcıl dördüncü oyunda qol vurub. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə SPAL Kevin Bonifatsi, 74-cü dəqiqədə isə Serco Flokkarinin vurduğu qollar sayəsində hesabda önə çıxıb.

"Yuventus" SPAL-a uduzmaqla, vaxtından əvvəl çempion olmaq imkanını qaçırıb. Hazırda Turin komandası turnir cədvəlində liderliyini davam etdirir və ən yaxın izləyicisi olan "Napoli"ni 20 xal qabaqlayır.

İtaliya A Seriyası. 32-ci tur

SPAL – "Yuventus" - 2:1

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar