“Heç bir problem yoxdur, yayılan xəbərlər..." - Fuad Abbasov

Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.  Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.

Musavat.com xəbər verir ki, Fuad Abbasov axşama doğru yaydığı açıqlama bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: “Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Musavat.com -a başqa mənbədən məlumat daxil olub ki, Fuad Abbasov aprelin 9-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da təsdiq edib.

Fuad Abbasov özü isə instaqram səhifəsində tapmaca kimi bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar arzularını gerçəklik kimi qələmə verirlər. Lakin Fuad Abbasov Afrikada da jurnalistdir...

***

Jurnalist Fuad Abbasov Rusiyadan deport edilir. Aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb.

Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir. Xəbəri Yenicağ.ru yayıb.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyini ən qatı müdafiəçisi kimi tanınır.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravoasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğura nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Miqrasiya Xidmətini Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl (təxminən 230 min dollar) müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb. Xəbərdə o da bildirilir ki, Rusiyadakı bir neçə azərbaycanlı icması da jurnalistin deport edilməsi üçün Moskva məhkəməsinə müraciət edib. Səbəb kimi onun fəaliyyətinin Azərbaycan diasporunun Rusiya ictimaiyyəti qarşısında gözdən salınmasına xidmət etdiyi göstərilib.

Yada salaq ki, bu, 2019-cu ildə fəal azərbaycanlılarla bağlı Rusiya məhkəmələrinin ikinci qərarıdır. AzerRos-un keçmiş rəhbəri Söyün Sadıqov da bir müddət öncə həbs edilib. Fuad Abbasov faktında olduğu kimi onun saxlanmasında da Rusiyadakı erməni diasporunun əli olduğu bildirilir.

635x100

Şərhlər

Geber 2019-04-13 21:32:22

Fuad oxuyursansa yazimi düşün və incimə . Sənin Miqranyanla və tanimadiqin onlarla erməni əsilli nəzəriyyəci və beynəlxalq səviyyəli hüqüşunas və havadarlari ilə , Fuad Sizin qabartmaq istəməkləriniz hətta daxili auditoriymiz ücün də , tam səmərəli mövzu deyil. Vallah utaniram auditoriya qarşisinda bunun səbəbini deyim və zərəri ona vurum. Nəsli kəsilmiş qədim Mozambik qəbiləsi haqda , ğizlin bir alin yazisinin qarayaxmasi belədir sitat "_Biz onlari başqa bir qəbilə adi ilə yaşaddiq ki məhf etməyək

Geber 2019-04-13 21:32:22

Vallah sosial psixopatiyanin əks təsirindən qorxursan , ki yazasan Agadadaşı suclayanlar , artiq bir dəfə barmaqlarimizi yandiran , optik ilyuziyalardan yaxa qurtara bilməyən naşi insanlardir. Xəsisliklə adini cəkməcəyim bir fenomenin illyuziyalari ilə , anani körpəyə düşmən etmək olar , necə ki Ağadaddaşi düşmən etmək istəyən naşi insanlar vardir. Əğər optik ilyüziyali ğörunməyən rənğli telefon simlərinin calanmasini : DÖVLƏT naşi intellekt kasiblarin ixtiyarina buraxarsa hamini bədbəxt edəcək

Oqtay 2019-04-13 21:32:22

Bizim yekələr oğurluyub Moskvaya daşıdığı milyardların qaydına qalmaqla yanaşı Fuada da kömək etsələr onlara millət qarşısında hörmət qazandırar .İnanmıram ki edələr

Bashirov Qarib 2019-04-13 21:32:22

Agadadaşı həm bizim diospor komitəmiz, həm Rusiya hökuməti, həm də rusiyalı ermənilər ciddi mudafiə edir.Səbəb də arvadının erməni olması və qızının da erməniyə ərə verməsidir.Fuadı isə yalnız vətənpərvər Rusiyalı azərbaycanlılar və butun xalq mudafiə edirdi.Nəticə məntiqli sonluqla bitməli idi ki, bitdi.

Azəri 2019-04-13 21:32:22

Onu ordan deport etdirənlər bizim diasporadakı ermənilərdirlər hasnsı ki arvadı erməni,qızını erməniyə verib yəqin ki özü də ya təmiz ermənidir ya da ki heç olmasa anası düşmən millətdəndir.

omer 2019-04-13 21:32:22

Bu qeder pul hardandir koresen?cox maraqlidir

Son yazılar