Nigeriyada 33 terrorçu öldürüldü

Nigeriya ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində Çad gölü yaxınlığında “Boko Haram” təşkilatının üzvü olan 33 nəfər terrorçunun öldürüldüyü bildirilir.“The Defense Post” portalı xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin məlumatında əməliyyatı uğurla həyata keçirən silahlı qüvvələrin heç bir itki vermədiyi qeyd olunur. Vurğulanır ki, terrorçulara məxsus avtomobillərdən çoxlu sayda avtomat silahlar və qumbaraatanlar aşkar edilərək götürülüb.

Nigeriya ordusunun hərbi əməliyyatları “Boko Haram” silahlı qruplaşması tərəfindən ölkənin Diffa bölgəsində 7 nəfər polis əməkdaşının qətlə yetirilməsindən sonra başlanıb. Həmin terrorçu qruplaşmanın məhz bu rayonda yaradıldığı bildirilir. İrimiqyaslı hərbi əməliyyatda Nigeriya Hərbi Hava Qüvvələrinin və Kamerunun kəşfiyyatçı və bombardmançı təyyarələri də iştirak edib.

“Boko Haram” silahlı qruplaşması 2016-cı ildə parçalanaraq iki hissəyə bölünüb. Onlardan biri Əbubəkir Şekanın başçılıq etdiyi və mülki əhalinin qətlində xüsusi fəallıq göstərən terrorçu dəstədir. İkinci silahlı qruplaşma isə Çad, Kamerun və Nigeriya ərazisində hökumət güclərinə və mülki əhaliyə silahlı hücumlar təşkil edir. Həmin ölkələrdə 27 min insanın ölümünə səbəb olmuş hər iki qruplaşmanın İŞİD ilə sıx əlaqədə olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar