"Qarabağ" "Sabah"ı darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib."Report"un məlumatına görə, çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. 65-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən "Qarabağ" bir günlük də olsa, vahid lider olub. "Sabah" isə 26 xalla 5-cidir.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar