"Beşiktaş" “Başakşəhər”ə qalib gəldi - Çempionluq yarışı daha da qızışdı (VİDEO)

Türkiyə Super Liqasında XXVIII turun üç oyunu keçirilib.

ONA-nın məlumatına görə, turun mərkəzi qarşılaşmasında İstanbul klubları üz-üzə gəlib.

İlk “üçlük”də qərarlaşan “Başakşəhər”lə “Beşiktaş” sonuncuların meydanında görüşüb. Liderin hesabı açdığı görüşdə “ağ-qaralar” əzmkar qələbə qazanıb.

“Göztəpə”ni qəbul edən “Rizəspor” minimal hesabla qalib gəlib. “Konyaspor”un “Sivasspor”la matçında qalib müəyyənləşməyib.

Qeyd edək ki, turun digər oyunları aprelin 14-15-də keçiriləcək.

Türkiyə Super Liqası

XXVIII tur

13 aprel

“Konyaspor” – “Sivasspor” – 1:1

Şahiner, 22 – Diabate, 39

“Rizəspor” – “Göztəpə” – 1:0

Şaeşue, 51

“Beşiktaş” – “Başakşəhər” – 2:1

Hatçinson, 42, Yılmaz, 52 – Robinyo, 35

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar