İŞİD başı kəsilən jurnalisti bu qadınla dəyişmək istəyirdi

İŞİD cəlladları tərəfindən başı kəsilərək öldürülən amerikalı jurnalist Ceyms Foulinin girovluqdan azad edilməsi üçün terrorçuların 130 milyon dollar tələb etdikləri, yaxud onu Amerika həbsxanasında cəza çəkən Afiya Siddiqi adlı qadınla dəyişmək istədikləri məlumdur.

Foulinin Siddiqiyə dəyişdirilməsi təklifi haqda İŞİD-in jurnalistin başını kəsməzdən bir həftə əvvəl onun ailəsinə göndərdiyi məktubda bəhs edilirdi. Bildirilirdi ki, Amerika bu təklifi müzakirə etmək istəməyib və nəticədə onlar jurnalisti edam edəcəklər.

Bəs Afia Siddiqi kimdir və o, İŞİD üçün nəyə görə bu qədər əhəmiyyət kəsb edir? “Foreingn Policy” jurnalı yazır ki, bundan əvvəl “Taliban” da həmin qadını amerikalı əsir serjanta dəyişməyi təklif etmişdi. Bu qadın kimdir ki, dünyanın ən məşhur cihad qrupları ABŞ-dan onun azad olunmasını istəyirlər?

Onun adı Afia Siddiqidir. O, “Əl-Qaidə” ilə əlaqəlidir və 2010-cu ildə Əfqanıstanda amerikalıları öldürməyə cəhd etdiyinə görə hazırda həbsdədir. 42 yaşlı pakistanlı Afia Siddiqi ABŞ-ın əks-terrorizm dairələrində “Ledi əl-Qaidə” adı ilə məşhurdur. Bir vaxtlar Federal Təhqiqat Bürosunun ən çox axtarılan terrorçular siyahısında olub.

Afia Siddiqi dünyanın ən məşhur texnologiya institutu olan Massaçusets Texnoloji İnstitutunu bitirib, ABŞ-da elmlər doktoru adını alıb. Afia Siddiqi 2008-ci ildə Əfqanıstanda soda sianid daşıyarkən həbs olunub. Onun üstündə olan sənədlərdə kimyəvi silahların və çirkli bombaların necə düzəldilməsi izah olunurdu və Ebola xəstəliyini necə silaha çevirməkdən danışılırdı.

O da maraqlıdır ki, FTB və ABŞ hərbçiləri heç vaxt Siddiqinin dəyişdirməyi ciddi nəzərdən keçirməyiblər, islamçı təşkilatlar isə onu nəyin bahasına olursa-olsun almaq istəyirlər. Afia Siddiqi ABŞ-da 86 il həbsə məhkum olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar