“DİREKTORLARIN ARXASINDA DEPUTATLAR VƏ MƏMURLAR VAR – “Belələri özbaşınalıq edir

“162 saylı məktəbdə baş verən intihar hadisəsi orta təhsil sistemini silkələdi. Bu və buna bənzər hadisələrin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlər görülməlidir”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları tanınmış təhsil eksperti Etibar Əliyev Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı hadisəsinin ortaya çıxardığı problemlərə həsr etdiyi “Facebook” statusunda yazıb.

Ekspert bənzər hadisələrin təkrarlanmaması üçün təkliflərini aşağıdakı kimi sıralayıb:

- Bütün məktəb direktorlarının bioqrafiyaları yenidən araşdırılmalıdır;

- Məktəb direktorlarının böyük əksəriyyətinin arxasında duran deputatlar və məmurlar var. Həmin məktəb direktorları daha çox özbaşınalıq edir və məktəbdə ayrıseçkilik mühiti yaradırlar. Məlum oldu ki, 162 saylı məktəbin direktorunun arxasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova durub.

- Orta məktəblər üçün keçirilən qrant layihələrinin monitorinqi aparılmalıdır, bu sahədə ciddi qüsurlar mövcuddur;

- Məktəb direktorlarının seçimi qapalı həyata keçirilməməlidir, bu prosesə ictimaiyyətin nümayəndələri cəlb olunmalıdır;

- Məktəblərdə təlim-tərbiyənin yeni metodları işlənməlidir;

- Məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirmə mexanizmləri işlənməyib. Təcili olaraq bu prosesə başlamaq lazımdır. Yalnız bunun vasitəsilə direktorların işinə qiymət vermək mümkün olacaq;

- Təlim-tərbiyə və uşaq psixologiyası ilə bağlı broşurlar çap olunub məktəblərə paylanmalıdır.

- Məktəblərin cəmiyyətə açıq olması istiqamətində işlər gücləndirilməlidir.

Məktəblər dezinformasiya məkanına çevrilib. Son hadisələrlə bağlı yazılan yazıların əksəriyyəti dezinformasiyalara söykənirdi. Gözlənilir ki, 162 saylı məktəblə bağlı aparılan istintaq cəmiyyəti heyrətə gətirəcək xeyli faktlar ortaya çıxaracaq.

P.S. Məktəb mühitinin dağıdılması və kollektivdə inamsızlıq yaradılmasına dair nümunə: Məktəb tariximizdə özünəməxsus yer tutan "Zəngi" liseyinin yaradıcısı Bayram Heydərov dünyasını dəyişəndən sonra onun yerinə reputasiyası korlanmış təqaüdçü Almaz Əsgərovanın təyinatına ehtiyac var idimi?”

635x100

Şərhlər

Etibar muellime 2019-04-14 19:08:44

Muellim,bes deputatlarin memurlarin arxasinda kimer durur?

Vətəndaş 2019-04-14 19:08:44

Etibar müəllim orta məktəblər üçün keçirilēn o qrant( artıq 3 cüsü keçirildi.hër biri 1 milyon manatdan çox ) layihələri layihəni təqdim edən idarənin müdirinin cibinə axan dõvlēt vēsaitidir ....

Pensioner. 2019-04-14 19:08:44

Bəli Sabunçu rayonunun 187(Maştaga qəzəvəsi) nöm.məktəbinin direktoru da adı Nailədir öz yüksək rütbəli qohumuna arxalabır və məktëbdən yîgsıgı pullarla özünə və qardaşına həm imarətlər tikdirir həm də biznes qurub...bunu Tēhsil Nazirliyi də gøzəl bilir Bakı şəhēr Təhsil İdarəsi də.amma heç nē etmirlēr.nē etməlidirlər ki....?????Siyēzəndēn gələn müəllimlērin şikayētləri necə oldu????nazirliyin heç vecinē də deyil

Pensiyaçı 2019-04-14 19:08:44

Sabunçu rayonu 187 saylı məktəbə bir nəzarēt edin ay Təhsil Nazirliyi.direktor Nailənin əlindən can verir müəllimlēr."mənim qohumum elə bir adamdır ki mēhv edērēm sizi."deyir qohumunun afını da deyir tez tez xatırladır.rüşvət baş alıb gedir 187 də buraxılış sinif şagirdlərinə qiymētlēr əgēr 2000 verilməsə yazılmır.bu məktəbdə müəllimlēr də şagirdlēr də direktorun ēlindən zara gəliblēr amma heç nə edə bilmirlər.çünki 187 nin direktorunun adami bõyük axa.dır....

Patriot 2019-04-14 19:08:44

153 saylı orta məktəbin direktoru Təranə Paşayevada deputat Qənirə Paşayevanın qohumudur. Təriş yaman qan uddurur valideynlərə! Məktəbdə rüşvət baş alıb gedir, saxta kartlar və s. Buda deputatımızın qohumu)

kamran 2019-04-14 19:08:44

Biz çox geridə qalmışıq: məktəblər tədricən ləğv olunmalı və distansion təhsilə keçmək lazımdır.Həm uşaqların vaxtına qənaət olunar həm də pullarına !

şəkili 2019-04-14 19:08:44

Hər yerdə olduğu kimi Şəkidə də vəzifələrə peşəkar insanlara yox, qohum, dost və " bizim adam" prinsipi ilə təyin olunurlar. Belə hallar da vətəndaşın dövlətə olan inamını öldürür və sosial narazılıqlar yaranır? Bu səbəbli Vətəndaşların haqlı şikayətinə baxmayırlar, süründürməçiliyə şərait yaradırlar? Aidiyyatı qurumlar isə onların neqatif hərəkətlərinə göz yumurlar ? Rayonlara təhkim olunmuş kuratorlar, İcra başçıların nöqsanlarına göz ytumurlar və nöqsalar haqqında cənab Prezidentimizə məlumat verməyirl

turan 2019-04-14 19:08:44

Çox gözəl təklıiflərdi amma bunları kim həyata keçirəcək...əgər direktorların 90%-i tanışlıq, tapşırıq və s yollarla təyin olunursa alınan məsələ deyil..

R.Həsənov 2019-04-14 19:08:44

Təhsil Nazirliyin və Vergilər Nazirliyində rəhbər vəzifələrə peşəkar insanları yox,qohum,dost,yericiliklə daha düzü "bizim adam "prinsipi ilə təyin edilirlər.Nəticə necə olmalıdır ki?

miri 2019-04-14 19:08:44

Məmləkətdə seçki adlı İo-kio foks tamaşalarının həyata keçirildiyi əsas yer orta məktəblərdər. Bu tamaşanın əsas aktyorları da məhz həmən məktəblərdə əmək fəaliyyəti ilə məşğul olanlardır.Ona görə də bu hakimiyyət durduqca köklü heç nə dəyişə bilməz.Vəssəlam.

Müəllim 2019-04-14 19:08:44

Şəkidə Məktəb direktorlarının arxasında Şəki İcra Hakimiyyətinin başçısının müavini Zərinə Cavadova durur və onuda müdafiə edən deputat Yaqub Mahmudovdur. Ona görədə hər yerdə özbaşnalıqlar hökm sürməkdədir..........................?

Yusif 2019-04-14 19:08:44

davamı.Day anlamırlar ki,haram yediklərini qısa bir müddətdə qusacaqlar. Qərbəsi ondadır ki,Respublika prokurorluqu,Maliyya Palatası buna göz yumur.Qoy yumsunlar.Ən yuxarıda duran Prezident və ALLAH-dır.Azneftkimyamaşın bütün əməkdasların əlində sübut var.

Valideyn Məsləki(Komitəsi) 2019-04-14 19:08:44

Şərhdə YAPın şahlıgı doğru qeyd edilib. Guya Qarabağın Azadlığı və Milli Müstəqillik uğrunda yaranan AXC və YAP keçmiş 30 ildə siyasi dünyada özlərini əsasən "VƏZİFƏ MÜBARİZLƏRİ" təsdiq ediblər! Heç bu gün də onların qəti icra vaxtları göstərilən siyasi-hüquqi Qarabağ həlli tədbirləri yoxdur!? Ona görə də, 2019 iyulun 1-nəcən hər hansı məmurun (vəzifəlinin) "siyasi bileti" kənara qoyub bircə ümumxalq-dövləti vəzifəsi ilə ciddi məşgul olmasını qanuniləşdirməyi MM dən rica və tələb edirəm.

Leyla 2019-04-14 19:08:44

Sabuncu rayonundaki 187 nomreli mektebin direktorunuda yoxlasinlar ki, o hansi pul ile o qeder mulkler alib?????

mühasib 2019-04-14 19:08:44

Etibar müallim tam haqlısınız.Fundamenti 1895-ci ildə qoyulmus,illerlə günü-gündən inkişaf etmiş,Azərbaycanda nəinki neft hasilatında, hətta digər sahələrində,sənayə,k/t-da,məişətdə,idman sahələrində müxtəlif alət,avadanlıq,mexaniz,qab-qacaq,reduktor,acarlar və digər avadanlıqlar istehsal edən NƏHƏNG Azneftkimyamaşı və onun nəzdində olan Sabayıl Maşınqayırma z-nu dağıdıb məhv edənrəhbərlik və direktorun arxasında da ƏK-nin bəzi məmurları durur.Yuxarıların ağzını da pulla bağlayırlar ki,səs-küy qopmasın.

EJDER 2019-04-14 19:08:44

HA HA HA ,VALLAH GULMELIDI,HA HA HA .BELI CIXIR KI,TEHSILI AZERBAYCANI ANALOQU OLMAYAN INKIWAFA APARAN Y A P DAN QORUMAQ LAZIMDI...HA HA HA .BES SECKILER NE TEHER OLAJAQ.QABAQDA ANALOQU OLMAYAN ISLAHAT GELIR,KEYF ELEYIN.BU YALAN ,PALAN LAP BEZDIRDI...

vetendas Mahmudov 2019-04-14 19:08:44

Salam Menim Gozel Milletim. Tehsilden Mektebde usagi oxuyan ve sade vetendas danissa daha duzgun olar.Menim uc 3 balam mektebe gedir. Demeli boyuk usag ali mektebe hazirlasir. 6 muellim yanina hazirliga gedir orta hesabla 500 manat 2-ci ovladim 9 sinifde oxuyur 2 mellim yanina hazirliga gedir 200 manat kicik usag 1 muellim 100 manat.negliyyat cib xerclerinde ustune gelende 1000 manat pul eleyir. hec mektebin xerclerini demirem azi xer usaga ayda 100 manat.gohum egraba komeyi olmasa bunu catdirmag olmaz

Təhmasib 2019-04-14 19:08:44

Təhsil nazirliyi Orməktəblərdə qayda yaratmağa qaduir deyil.Bir nazirlik ki, nə məktəblərə,nə dərs proqramlarına ( yaş həddinə uyğun gəlməyən proqramlar),nə təhsilin təşkilinə,metodikasına nəzarət etmək, bu sahədə qayda yaratmaq qabiliyyətinə malik deyilsə orta məktəblərdən nə gözləmək olar?Elə Nazirliyin kadr tərkibinə diqqət edin.Orada kimlər,hansı bölgədən,təhsildə hansı göstəricilərinə görə və necə (rüşvət istisna deyil )toplanıblar? Su həmişə başdan bulanır.

valideyn 2019-04-14 19:08:44

gerçəkdən əksər direktorlar yapın şura üzvləridir icranın diktəsi ilə oturub durur onları ancaq pul yığmaq maraqlandırır direktor şəxsi ləyaqət nüminəsi olmalıdır savadlı olmalıdır təcrübəli olmalıdır ailəsi əxlaq öz yerində. yoxsa.....

Son yazılar