300 min dolları ələ keçirən və Şimali Qafqaza qaçan Azərbaycan vətəndaşı kimdir...

Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub. Virtualaz.org xəbər verir ki, həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.

Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Leskensk rayon prokurorluğu yerli məhkəməyə bu şəxsin həbs edilməsi barəəd vəsadət verib, məhkəmə vəsadəti təmin edib. Hazırda şəxsin barəsində ekstradisiya materialları Kabardin-Balkar prokurorluğuna göndərilmək üçün hazırlanır. Oradan isə materiallar Rusiya Baş Prokurorluğuna göndəriləcək. Ekstradisiyaya qədər həmin şəxs Kabardin-Balkar təcridxanasında saxlanılacaq.

635x100

Şərhlər

Ramiz 2019-04-14 14:58:46

Maraqlıdır.Xəbrdə adamın kimliyi niyə açıqlanmır?Axı bunu axtarışa verən Azərbaycan tərəfi,onu həbs edən Rusiya tərəfi bilir.O zaman ehtimal yaranır ki,bu şəxsin adı.famili qəsdən ona görə açıqlanmır ki,onun kimliyi ilə əlaqəli şəxsləri millət tanıyır,onun oliqarx YAP üzvü olduğunu bilirə bu pulların necə və haradan.nə yolla ələ keçirilməsi geniş kütləyə bəlli olar ,Onun sərhəddən bu qədər pulu qanunsuz keçirdiyindən bu xidmətin də qüsurları ortaya çıxar.Yrımçıq xəbərdir.

Son yazılar