İrəvanda yeni parçalanma
Serj Sarkisyan: “Baş nazirə çox ümid bağlamayın”
Gənc jurnalistlərlə görüşü zamanı Ermənistan prezidenti Serj Sarkisyan yeni təyin edilmiş baş nazir Ovik Abramyanın ünvanına söz atıb.
ANS PRESS-in məlumatına görə, Sarkisyan Abramyanın sehrli çubuğunun olmadığını və ona bağlanan ümidlərin həddindən şişirdildiyini bildirib. Erməni mətbuatının yazdığına görə, Serj Sarkisyan həmçinin Ovik Abramyana dəstək təklif edən və onunla seperat danışıqlara getmiş qeyri-hökumət təşkilatlarının ünvanına da kəskin danışıb. Erməni şərhçilər bildirir ki, Serj Sarkisyan Ovik Abramyanı oyundan maksimum kənarda saxlamağa çalışır.
Əslində, yerli ermənilərin nümayəndəsi olan baş nazir Ovik Abramyan bundan əvvəl parlamentin spikeri idi və nisbətən populyar olması onun parlamentin sabiq spikeri, mərhum Karen Demirçyanın bacara bilmədiyi işi həyata keçirəcəyinə ümidlər yaratmışdı. Ermənistan SSR-nin keçmiş rəhbəri, Azərbaycana dost münasibət bəsləyən Karen Demirçyan o vaxt hakimiyyəti Rusiyanın dəstəyi ilə ələ keçirmiş “Qarabağ klanı"nı yıxmaq ərəfəsində idi. Qarabağ erməniləri 1999-cu ildə Demirçyanı silah gücü ilə yıxdılar. Ovik Abramyanı qarşı isə daha məkrli qəsd düzəltdilər. Onu baş nazir təyin etməklə Serj Sarkisyanın buyruqlarını yerinə yetirən məmura çevirdilər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.