Azərbaycanın daha bir samboçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha bir samboçusu Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 87 kq-dan yuxarı çəki dərəcəsində yer alan Toğrul Salmanov fəxri kürsüyə yüksəlib. 18 yaşlı idmançı yeniyetmələrin mübarizəsində fərqlənib.

Qeyd edək ki, daha əvvəl Vilayət Bayramov gənclərin yarışında 62 kq çəkidə bürünc medala sahib olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar