Bir ay əvvəl evlənən gənc qız özünü asıb
Baxiş sayı:
Dərc olunub:
14/04/2019 - 14:45
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.
İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbləşərək intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər
görəsən haçan bu ölkədə müəllimlərin, həkimlərin, fəhlələrin, sürücülərin, məmur yox, əsl alimlərin binaları olacaq..bu açıq-aşkar ayrıseçkilik, bərabərlik hüququnun ən kobud şəkildə pozulmasıdır..yazıqlar olsun bilərəkdən buna gedən o jurnalyorlara..