POROŞENKO ZELENSKİNİ 1 SAAT GÖZLƏYİB - «Olimpiya» stadionunda... (VİDEO)

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko seçkiqabağı yarışda öz rəqibi Vladimir Zelenskini Kiyevin «Olimpiya» stadionunda 1 saata yaxın gözləyib.

Bundan əvvəl Poroşenko öz opponentini 45 dəqiqə müddətində gözləyəcəyini bildirmişdi. O, Zelenskini «görüşdən qaçmamağa, gəlib də Ukrayna vətəndaşlarına öz planları, öz proqramı barədə danışmağa» çağırmışdı. Ancaq Zelenski bu bazar günü görüşə gəlməyə heç hazırlaşmayıb da, nədən ki, o, əvvəldən də «debat»ın aprelin 19-da keçirilməsində israr edirdi.

Zelenskinin gəlmədiyini görən Poroşenko idman kompleksinin qarşısında səhnəyə çıxıb insan kütləsinin qarşısında çıxıb edib, sonra isə mətbuat mərkəzinə gedərək, tribunalardan birini tutub. Prezident jurnalistlərlə təmasda olub, sonra isə «Sən ki, məni aldatdın» Ukrayna xalq mahnısından bir parçanı oxuyub.

«Bəlkə Vladimir Aleksandroviç məni heç olmasa belə eşitdi» - deyə, Poroşenko zarafat edib. Onun çıxışının videoyazısı «112 Ukrayna» You-Tube kanalıda yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar