Liviyada hökumət qüvvələri Haftar ordusunun qırıcısını məhv etdi

Liviya Milli Ordusuna (LMO) məxsus qırıcı hökumət qüvvələri tərəfindən vurulub.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qırıcı paytaxt Tripoli yaxınlığında hədəfə alınıb.

Pilotun sağ olub-olmaması ilə bağlı məlumat yoxdur.

Liviya Milli Razılıq hökumətinin hərbi qüvvələrinin nümayəndəsi Məhəmməd Qanunu da Haftar ordusuna aid qırıcının vurulmasını təsdiqləyib.

“Vadi – Ər-Rabiada qüvvələrimizə hücum edən qırıcınının vurulması məlumatını təsdiq edirik”, - deyə Qanunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar