ABŞ-ın beşinci ştatı da “DQR”in müstəqilliyini tanıyacaq

ABŞ-ın Kaliforniya ştatının Senatı bu gün qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyi haqqında qətnaməni müzakirə edəcək.

Publika.az-ın verdiyi xəbər görə, bu barədə erməni mediası yazıb.

Xatırladaq ki, Kaliforniya Assambleyası Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qətnaməni bu ilin mayın 8-də qəbul edib. Erməni mediası yazır ki, sözügedən qətnamənin qəbulu ilə ABŞ-ın 5 ştatı “DQR”in müstəqilliyini tanımış olacaq.

Qeyd edək ki, Dağlıq Qarabağ və ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağıdır. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır və ərazilərin işğaldan azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Münaqişənin həlli istiqamətində çalışan Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın belə davranışları isə xoşagəlməz hallara yol açır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar