Fransalılar Makronun sosial-iqitsadi siyasətindən narazıdırlar

Fransalıların 82 faizi ölkə prezidenti Emmanuel Makronun həyata keçirdiyi sosial-iqtisadi siyasətin dəyişdirilməsini istəyir."Ifop" sosial xidmətinin keçirdiyi və "Le Journal du Dimanche" qəzetində dərc edilmiş sorğunun nəticələrində belə deyilir.

Məlumata əsasən, hakimiyyətin sosial-iqtisadi sahədə fəaliyyətindən narazı olanların sayı son aylar ərzində 4% artıb.

Bundan əlavə, təxminən 80 faiz Fransa vətəndaşı gəlir vergisinin azaldılmasını istəyib. Həmçinin sorğuda iştirak edənlərin 72 faizi ən kasıblara dövlət yardımının artırılmasını istəyib.

Trend xatırladır ki, sorğu 12-13 aprel tarixlərində keçirilib. Sorğuda 18 yaşdan yuxarı təxminən min nəfər iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar