Lənkəranda tank əleyhinə minalar aşkarlanıb - FOTO

Dərc olunub: 15/04/2019 - 00:10

54Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində mina tapılıb.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən ONA-ya verilən xəbərə əsasən, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd təlim məqsədli tank əleyhinə mina və 1 ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında 300 kv/m əraziyə yerüstü, 100 kv/m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.










loading...


Fikrinizi bildirin