Rusiya-Ukrayna müharibəsi başladı? – Tanklar sərhədi keçdi

Rusiya hərbi qüvvələri Taqanroq istiqamətindən Ukrayna sərhədini keçərək, ölkənin içərilərinə doğru irəliləyirlər.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Boçkala sərhədçilərə istinadən məlumat verib.

“Rusiya ordusu Taqanroq istiqamətindən Ukrayna sərhədini keçiblər. Bu barədə həmin ərazidə olan sərhədçilər, könüllü batalyonun döyüşçüləri xəbər verib. Rusiya tərəfdən 30 tank, zirehli texnika və canlı qüvvə sərhədi keçib. Onlar artıq Ukrayna ərazisinin 8 kilometrliyinə qədər irəliləyiblər və hazırda 6 sərhədyanı kəndi ələ keçiriblər”, - Boçkala yazıb.

İşğalçılar ələ keçirdikləri ərazilərdə 3 tank və 2 BTR-dən ibarət blok-postlar qurur. Yerli əhaliyə onları dəstəkləmək üçün müəyyən vədlər verirlər və bildirilər ki, qarşıdakı vaxtlarda onların öz respublikaları olacaq.

Ukrayna hərbçiləri bundan çox narahatdırlar və əlavə kömək gəlməsə vəziyyət daha da gərginləşəcək, Mariupol və digər şəhərlərə ciddi təhlükələr yaranacaq.

Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov ölkə prezidenti Pyotr Poroşenkodan təcili olaraq hərbi şuranın iclasını çağırmağı tələb edib.

Axar.az xəbər verir ki, Turçinov Rusiya qoşunlarının Ukrayna sərhədini keçməsi və ölkənin içərilərinə doğru irəliləməsi ilə əlaqədar olaraq bildirib ki, Müdafiə Nazirliyi, Baş Qərargah, Daxili İşlər Nazirliyi, Milli Qvardiya, Ukrayna Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Xarici Kəşfiyyat İdarəsinin iştirakı ilə hərbi şuranın təcili iclasını çağırılmalıdır.

Qeyd edək ki, Rusiyanın 30 tank və zirehli texnikadan ibarət hərbi qüvvələri Taqanroq istiqamətindən Ukrayna sərhədini keçərək, ölkənin 8 kilometr içərilərinə doğru irəliləyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar