Polis Yerevanda divarlara “SaxtaNikol” şüarı yazan gəncləri saxlayıb

Dərc olunub: 15/04/2019 - 11:17

e8f0f100-356a-4c37-bdda-007cb726653fErmənistan polisi Yerevan küçələrində divarlara “#SutNikol”un (saxta Nikol) şüarı və haştaqı yazan gəncləri saxlayıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, aksiyanın əlaqələndirciləri olan Konstantin Ter-Nakalyan, Narek Samsonyan, Artur Danielayn, Vrej Sarkisyan və İşxan Xosrovyan aprelin 15-də polis bölməsinə aparılıblar.

Gənclər divara “#SutNikol” qrafit çəkməklə aksiya keçiriblər. Təşəbbüs qrupunun 9 üzvü saxlanlıb. Gənclər ifadə verməkdən imtina ediblər.

Qeyd edək ki, xristian inancına görə, Nikolas xeyirxah insan olub. Gənclər divarlara “Saxta Nikol” qriffiti çəkməklə Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.








loading...


Fikrinizi bildirin