“Azpetrol”-un Fərhad Əliyevin qardaşına qaytarılması xəbəri yayıldı

Qurban bayramı ərəfəsində dövlət başçısı İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun rəhbəri Rafiq Əliyevin biznes imperiyalarının bir hissəsi geri qaytarılması xəbəri yayılıb.

“Axar.az”ın verdiyi məlumata görə, “Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin şirkətdə olan payları bərpa edilib. O da qeyd edilir ki, “Bank of Baku”nun səhmdarlarından olan R.Əliyevin həbsindən sonra bankın digər səhmdarları gəlir dividentlərindən məhrum olmuşdular. R.Əliyevin azadlığa çıxması ilə gəlir dividentləri də aktivləşib.

Xatırladaq ki, “Bank of Baku”nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), “Azpetrol” Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və “Azinvest” LLC (9, 98%).

Qeyd edək ki, “Azpetrol” Şirkətlər Qrupunun Rafiq Əliyevə qaytarılması bir o qədər də inndırıcı deyil. Ən azı ona görə ki, ailənin və onlara yaxın məhdud dairənin nəzarətində olan neft biznesinə yenidən Əliyev qardaşlarının buraxılması mümkünsüz görünür. Hər halda böyük neft gəlirlərinin sahibləri artıq bəllidir. Həbsdən yenicə cıxmış Əliyev qardaşlarının onların cərgəsinə düşməsi üçün möcüzə baş verməlidir. Blə xəbərlərin məqsədli, yoxsa sensasiya üçün buraxıldığını isə söyləmək çətindir.

Vaqif

AzPolitika.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar