Donald Trampın Polşaya səfəri gözlənilir

ABŞ prezidenti Donald Tramp sentyabrın 1-də İkinci Dünya Müharibəsinin 80-ci il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Polşaya səfər edə bilər.

ONA xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti diplomatik mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, o, səfər zamanı həmçinin ABŞ-ın Polşadakı bazalarının genişləndirilməsinə dair bəyanat da verə bilər.

“Rəsmi Varşava və Vaşinqton arasında danışıqlar sürətlə davam edir. Amerikalılar polşalı tərəfdaşlarına bildiriblər ki, D. Tramp həmçinin Polşadakı ABŞ bazalarını genişləndirmək məsələsinə dair mübahisələri həll etmək üçün prezident Anjey Dudanı iyunun ortalarında Ağ Evə dəvət etməyi düşünür”, - deyə qəzet məlumat verib.

Qeyd edək ki, Polşa Rusiyanı İkinci Dünya Müharibəsinin 80-ci il dönümünə həsr olunmuş tədbirlərə dəvət etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar