XİN başçıları ilə həmsədrlərin görüşü başa çatıb - YENİLƏNİB (VİDEO)

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanian və Sergey Lavrovun görüşü və həmsədrlərin iştirakı ilə davam etdirilən danışıqların yekunları ilə bağlı birgə bəyanat yayacağı gözlənilir.

* * *

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskva görüşü başa çatıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş daha sonra ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şaferin (ABŞ) iştirakı ilə davam etdirilib.

* * *

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

"Reprot"un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

[gallery columns="4" size="full" ids="506626,506627,506628,506629,506674,506675,506677,506676"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar