XANIM HAKİMLƏR ELƏ QANUNSUZLUĞA İMZA ATDILAR Kİ... - İki dəfə mümkündür, üçüncü dəfə mümkün deyil?

Məlum olduğu kimi, aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” mühüm bir Fərman imzalayıb. Cəmiyyətin çoxdan gözlədiyi bu fərman məhkəmə hakimiyyətinin qanunsuz qərarlarından əziyyət çəkən on minlərlə vətəndaşımızda xeyli ümidlər yaradıb. İndi cəmiyyətimizdə böyük ümid və gözlənti yaranıb ki, Prezidentin bu fərmanı, bir növ, illərdir açıq bazar münasibətlərinin hökm sürdüyü məkan olaraq tanınan məhkəmə sistemimizə, nəhayət, bir düzən, qayda-qanun, nizam-intizam gətirəcək.

Elə medianın köməyindən istifadə edərək, öz haqq səsini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına çatdırmaq istəyən “Texniki proqress” MMC-nin rəhbəri Ayxan Qocayev də Prezident fərmanının məhkəmələrdəki süründürməçilik və özbaşınalığa son qoyacağına böyük ümid bəsləyənlərdəndir.

Ayxan Qocayev, Strateq.az-a ünvanladığı məktubda öz qərarını qanunsuz olaraq sonradan ləğv edən 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Aytən Oruczadədən şikayətçidir. Qanunsuzluq ondan ibarətdir ki, qanuna görə, hakimin ləğv etdiyi qərardan şikayət vermək olmazdı, buna baxmayaraq, hakim qarşı tərəfin şikayətini qəbul edib və şikayət verilməsi qanunla nəzərdə tutulmayan qərarını ləğv edib.

Ayxan Qocayevin müraciətində qeyd edilir ki, hələ 2012-ci il aprelin 15-də sözügedən məhkəmənin hakimi Müseyib Bayramov “Texniki proqress” MMC-dən 670.000 manat (altı yüz yetmiş min manat) tutulması barədə qətnamə qəbul edib: “Bir dəfə də olsun, məhkəmə barədə bizə nə rəsmi, nə də qeyri-rəsmi şəkildə xəbər verilməyib, heç bir sənəd göndərilməyib. Son məqamda – iş icraya çatanda məhkəməyə verildiyimizdən xəbər tutmuşuq. Məhkəməyə üz tutub işin yenidən – bizim iştirakımızla araşdırılmasını tələb etsək də, heç bir nəticəsi olmayıb. Çünki burada başılaca məqsəd ədalət mühakiməsinin təmin olunması deyil, konkret şəxslərin maraqlarının məhkəmə vasitəsi ilə təmin olunması olub”.

A.Qocayev bildirib ki, həmin məhkəmə qərarından apellyasiya şikayəti də veriblər: “Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyeva sənədləri qəbul etməkdən imtina etdi. Səbəb göstərdi ki, işi birinci instansiya məhkəməsinə göndərib məzmununu məhkəmədə təkrar yoxlasınlar. Birinci instansiya məhkəməsində hakim Aytən Oruczadə təkrar olaraq şikayətin mümkün olduğunu öz qərarında qeyd edib və işi təkrar apellyasiya instansiyasına yollayıb. Məhkəmə bu dəfə işi icraata qəbul edib və yazıb ki, şikayət mümkündür: 2-2(103)-169\19 saylı işə 27 mart 2019-cu il tarixdə hakim Afaq Nuriyeva tərəfindən baxılacaq”.

Şikayətçinin bildirdiyinə görə, maraqlı və həm də təəccüblü hadisə elə bundan sonra baş verib: “Belə ki, birinci instansiya məhkəməsinin hakimi Aytən Oruczadə 11 mart 2019-cu il tarixdə işin apellyasiya mərhələsində baxışa təyin olunmasına baxmayarq, sözügedən işdəki qarşı tərəfin bir parça kağızda qeyd etdiyi, heç bir əsası olmayan şikayətini icraatına qəbul edib. Bundan sonra Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyeva işin özü tərəfindən 27 mart tarixinə baxışa təyin olunmasına baxmayaraq, eyni məsələ ilə bağlı işin ikinci dəfə yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərib. Onun birinci instansiya məhkəməsindəki həmkarı, hakim Aytən Oruczadənin bu dəfə özünün çıxardığı qərardadı isə daha “diqqətəlayiqdir”. Belə ki, xanım Oruczadə iki dəfə araşdırıb apellyasiya instansiyasına yolladığı şikayəti üçüncü dəfə “yoxlamaq” qərarı verib. Hakim əvvəlki iki yoxlanışda mümkün hesab etdiyi şikayəti bu dəfə hansısa müəmmalı səbəbdən mümkün hesab etməyərək, qərardad çıxarıb. Üstəlik, orada qeyd edib ki, həmin apellyasiya şikayəti məqbul deyildir və şikayətçiyə geri qaytarılmalıdır”.

Ayxan Qocayev bildirir ki, məhkəmənin 2012-ci ildə çıxardığı qətnaməni almaq üçün 29.11.2018-ci il tarixində rəsmi müraciət edərək onu əldə ediblər. 20.12 2018-ci ildə, yəni müddət ötməmiş ondan şikayət veriblər: “Buna görə də işin düz 3 dəfə “yoxlanması” üçün bir instansiyadan o birinə göndərilməsinə heç bir ehtiyac yox idi. Çünki apellyasiya şikayəti vermək müddəti qətnamə veriləndən hesablanır və işə baxılmalıdır. Beləliklə, hər şey aydın olur: süni şəkildə cəhd olunub ki, 15.03 2012-ci il tarixdə qəbul edilmiş qanunsuz məhkəmə qətnaməsi qüvvədən düşməsin. Ağılasığmaz haldır ki, işin apellyasiya mərhələsində baxışa təyin olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi onu geri alır və özünün əvvəlki iki qərardadının əleyhinə yeni bir qərardad çıxarır. Bu, elə bir səviyyədə qanunsuzluq, özbaşınalıq, qanunların ayaq altında tapdalanmasıdır ki, onun mahiyyətini ifadə etməkdə söz tapa bilmirəm”.

Qeyd edək ki, Ayxan Qocayev müraciətinin sonunda ölkə Prezidenti İlham Əliyevdən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrindən pozulmuş hüquqlarının bərpasını, eyni zamanda ağılasığmaz qanunsuzluğa əl atmış hakimlərin cəzalandırılmasını xahiş edir: “Qədim yunan filosofu Aristotel deyirdi ki, “bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizliklərdir”. Düşünürəm ki, hansısa maddi maraqlarını dövlət adıyla pərdələmiş, dövlətin ədaləti qoruyan hökmverici gücündən istifadə edərək, vətəndaşın haqqını tapdamış, ona dövlət adıyla zülm yaşatmış hakimlər mütləq cəzalandırılmalıdır ki, bu, başqalarına da dərs olsun”.

635x100

Şərhlər

Dr.AGAOGLU 2019-04-15 15:37:14

Her şey köhnə axarı ilə gedir.Ən ləzzətlisi odur ki,Ədliyyə nazirliyinin məhkəmə-hüquq şurasına hakimin qərarından faktlara əsaslanan şikayət edirsən,üstünə bir cümlədən ibarət cavab yazıb,şikayətçiyə cavab verilməsi üçün həmin hakimin özünə göndərirlər.Hakim də qərarının bir nüsxəsinidə sənə təkrarən göndərib sanki deyirki-"Get işinlə məşğul əəəə".Məsləhətim- çalışın probleminizi mübahisəli tərəfnən bazarlaşıb həll edin. Bu məhkəmələrdən ucuz və zaman baxımından tez olur.

Vətəndaş 2019-04-15 15:37:14

Görəsən bu sərəncam da digərləri kimi yarımçıq qalaraq arxivə göndəriləcək,yoxsa mexanizmi işlənib həyata keçəcək?AAAncaq mövcud nazirliyin qaydalarına görə sərəncamın işləməsi inandırıcı gğrünmür..

AAgahuseyn 2019-04-15 15:37:14

Məhkəmələrdə elə qanusuz qərarlar-qətinamələr cıxarırlar ki,ölü toyuqun gülməyi gəlir.

Geber 2019-04-15 15:37:14

Qədim Padşahlarin idarəetmə prinsiplərinin nəticəsi qismində : ədalətli Qzilərin ədalətli qərarlari haqda cəmiyyətə mutəmadi məlumatlar sizmayanda : beyində ədalət acliqi viruslari oyanir. Ədalət acliqi qarin acliqindan daha fəsadli ğözəğörunməz nəticələr verir . Bizlərə aidiyyətdə : məsələn Qanuni oğrular avtoritetlər . manislara pərəstiş sindromlarina start veriliir. Azərbaycan cəmiyyəti məhf olunma səbəblərindən : ədalət defisiti virusu sindromudur. Hakimlər isə bu sindromun yayicilaridirlar

vətəndaş 2019-04-15 15:37:14

Məhkəmə - hüqq şurasının tərkibi dəyişilməlidir,yoxsa heç bir islahatın xeyri yoxdur,çünki xalqımızın savadlı övladları Hakimliyə Test imtahanından yüksək bal toplayan hüquqşünasları,sonrakı mərhələdə sıradan çıxardırlar, öz arzularına çatmağa qoymayırlar, ancaq 60 bal toplayanları, arxası olduğuna görə Hakim təyin olunublar. 2016-cı ilin Hakimliyə Test imtahanının siyahısına diqqət yetirilsə hər şey aydın olar ?

Geber 2019-04-15 15:37:14

Olu yuyanlarin etirafindan.Bizlar uc bew dafadan sonra nazaratsizlikdan olunu yarimciq ,isti su olmayanda demiram.Appellasiya mahkamasinda qurama iwlarda novbatci professional hakimlar qurama ustalari ,qipnizcular vardir Sonradan insan qatnamada ad oxuyur , bilmir ,ki isim altinda aktyor hakim olub. Bu qun Apellasiya Mahkamasinda aktyor hakimi hadisa yerinda tutmuwam , bir insana qarwi qurama prossesindan ,wubhalanib mani aparmiw idi . Na baw verdiyini man va akryor hakim anladi . Hadisabi aqartmadim

Filosof 2019-04-15 15:37:14

Isteyirsen bunlara lap 100 min mevacib duzelen deyiller

EJDER 2019-04-15 15:37:14

HA HA HA KIMDIR ONLARI CEZALANDIRAN,,HAKIM,,WERAFET MEMMEDOVADA ONLARIN TAYIDI.ANALOQU OLMAYAN QERARLARINA GORE APELLASIYA MEHKEMESINDE...YIQIR...HA HA HA ...ANALOQU OLMAYAN ISLAHATLAR GELIR,KEYF ELEYIN.HARAMA OYREWIBLER.BIR DEKI ...NE TOVBE.HA HA HA

Geber 2019-04-15 15:37:14

Çoxluq ücün :dalət beyin catişmamazliği defisiti viruslarin mutasiyasi : nəticədə qədim dastanlarin yeni yeni versiyalarini : qanuni öğrular , qacaq Nəbləri , Koroğlu Qasimqulu Kəlbəcərski sayaqi : optik illyuziyalari cavanlarin beyninə yukləməklə , şizofreniyanin şuba versiyasini hər addimda , doğma atalarina və yaşli insanlarda keci darvazaya baxir , versiyasini xatirladir. Bu viruslara qarşi , mübarəzə qaydalarini həyat şərəitinin yaxşilaşdirilmasi və yaxud boll kartla sondurulməsi ğuluncdür

Son yazılar