“Ərdoğan mənə “qardaş” deyir...” - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışıb.

“AzPolitika.info” xəbər verir ki, Lukaşenko Ərdoğanla kifayət qədər yaxın münasibətlərə malik olduqlarını söyləyib: “Mən Ərdoğanı “dostum” adlandırıram. Türkiyə lideri isə mənə “qardaş” deyir. Biz demək olar ki, yaxın, doğma adamlar kimiyik.”

Belarus prezidenti Ərdoğanla çox gözəl anlaşdıqlarını və beynəlxalq arenada iki ölkənin bir-birini dəstəklədiyini söyləyib. O, deyib ki, “güclü və varlı” Türkiyə ilə “vacib” ölkə olan Belarus arasında münasibətlər çox yüksək səviyyədədir.

Bununla yanaşı Lukaşenko hesab edir ki, həm Türkiyə, həm də Belarus liderləri öz ölkələrinin milli maraqlarını qoruduqları üçün Qərbin ciddi təzyiqlərinə məruz qalırlar: “Türklər kimi biz belaruslar da getdikcə daha çox təşkilatların və dövlətlərin maraqlarının kəsişdiyi mərkəzlərə çevrilirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar