ABŞ-ın «Ross» raket esminesi Qara dənizə girib

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Ross» raket esminesi Qara daniz sularına daxil olub. Esminesi Rusiya gəmiləri müşayiət edir.

ABŞ 6-cı donanması komandanlığının yaydığı xəbərə görə, əməliyyatın məqsədi dənizdə təhlükəsizliyin və bölgədə sabitliyin yüksəldilməsi, o cümlədən, NATO müttəfiqlərinin və həmkarların hərbi-dəniz potensialının hazırlığının təmin olunmasından ibarətdir. Qeyd olunur ki, «Ross» tapşırıqların yerinə yetirilməsi üçün müntəzəm olaraq bölgəyə göndərilir.

Rusiya hərbçilərinin məlumatna görə, Qara dənizə daxil olarkən, ABŞ hərbi-dəniz qüvvələrinin gəmisi aşkarlanıb və sahil radiotexniki vasitələri tərəfindən davamlı nəzarət altına alınıb. Bundan başqa, onun fəaliyyətinə bilavasitə nəzarəti «Vasili Bıkov» patrul gəmisi və Qara dəniz donanmasının «İvan Xrus» kəşfiyyat gəmisi həyata keçirir.

«Ross» - erkən tipli «Arli Brek» esmines sinifinə aiddir. O, 1998-ci ildə sıraya qəbul olunub. Esminesin uzunluğu 154 metr, tam su tutumu 9 min ton ətrafındadır. Göyərtəsində «Tomaqavk», «Asroe» və «Standart-2», o cümlədən, «Qarpun» gəmi əleyhinə raketlər üçün 90 atıcı qurğu var.

Bundan başqa, gəmi müxtəlif artileriya və zenit silahları daşıyır.

«Ross» bu il artıq ABŞ-ın Qara dənizə səfər etmiş 4-cü hərbi gəmisidir. O, aprelin 28-ə qədər Qara dəniz sularında olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar