"HƏMİN VİDEONU MƏN ÇƏKMƏMİŞƏM...." - Xalidə Bayramova danışdı + VİDEO

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:

"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".

Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.

635x100

Şərhlər

Elli 2019-04-15 16:43:06

Əgər sənlik bir iş yox eydisə nə olmuşdu uşağı dopros eliyib videoya çəkirdin 2 saat məktəbdə? sizin kimilərdə ürək olmur, daş asılıb ürək əvəzinə. Həkim də günahkardır, yalandan ataya uşağın yaxşı olması haqda məlumat verir. Bu işdə bütün günahkarlar öz cəzalarını almalıdırlar, əgər ədalət varsa!

vızz 2019-04-15 16:43:06

Mıyı da podrujkası ilə birlikde Batyanın yanına göndərin!!!

Müēllim 2019-04-15 16:43:06

Utanmaz qadın.həlē YAP çıymış da.uşagı dopros etmək yox kabinetindən çıxmamış onun üçün təcili yardım çagırmalıydın. Uşagın qanını asvaltdan pal paltarından yudurtmamalıydın zēn ona ölsün deyē psixiotrop dərman içizdirməməliydin."sag qalmaz.ölər.inşəallah" deyib arzunuza çatdınız VİCDANSIZLAR......ALLAH BƏLANIZI VERƏCƏK İNŞƏALLAH

Veteran 2019-04-15 16:43:06

Ferqi nedir ki, orada operator da qruluwcu rejissor da eyni "kinostudiya"dan olub

EJDER 2019-04-15 16:43:06

AAZZ QALIB,TEZLIKLE SENINDE SESIN BATAR,XALQ ARTISTIMIZ EMIN AQALAROV KIMI.HERCEND ONUN VETENE XEYRI SENINKINDEN COXDUR,LUKAWENKO CANI

Mirzə AĞ 2019-04-15 16:43:06

Röya deməyib ki, videonu sən çəkmisən - deyib ki, səs səninkidi!!! İctimaiyyəti azdırma, YAP "cəngavəri"...

Son yazılar