Qara dərilidən sonra homoseksual... - ABŞ-ın prezidenti ola bilər

2020-ci ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək prezident seçkilərində Saut-Bend şəhərinin meri Pit Battiqiq namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə 37 yaşlı siyasətçinin özünə isttnadla «BBC News» xəbər verib.

O, Demokrat partiyasından (DP) namizədliyini irəli sürməyi qarşıya məqsəd qoyub və Donald Trampa qarşı «vuruşacaq». Tramp isə ikinci prezidentik müddətində Ağ Evdə oturmaq niyyətində olduğunu elan edib.

Qeyd olunur ki, 2012-ci ildən İndiana ştatındakı şəhərə başçılıq edən Battiqiq özünün homoseksual oriyentasiyasını gizlətmir. O, artıq amerikalılara Trampın siyasətindən tam fərqli siyasət yürüdəcəyini və «ümumi gələcək barədə təsəvvürlərə yenidən baxacağını» vəd edib.

Beləliklə, növbəti seçkilərdə qələbə çalacağı təqdirdə, Battiqiq qara dərili Obamadan sonra, ABŞ-ın ilk homoseksual prezidenti olacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar