Taksidə siqaret çəkənləri polis cərimələyəcək - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, bu, taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Qeyd edək ki, bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.

635x100

Şərhlər

Oqtay 2019-04-15 17:23:22

Birinci subut eləsinlər ki siqaretin içindəki tütündür yonca deyil sonra cərimələsinlər

Mirzə AĞ 2019-04-15 17:23:22

Hələ də sağ qala bildiyinə görə, Azərdaycanın bütün əhalisini cərimələmək lazımdır!

Son yazılar