“Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin...” – TƏHSİL EKSPERTİ

“Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin, cənablar! Heç olmasa bizim məktəblərin məzunlarının şəhidliyini, şagirdlərin Dünya Fənn Olimpiadalarında layiqli yer tutmalarını, dünyanın aparıcı universitetlərində nümunəvi oxumalarını da göz önünə gətirin”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları tanınmış təhsil eksperti Etibar Əliyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”ın canlı yayımında orta məktəblərlə bağlı sərt açıqlamalarına münasibət bildirərkən deyib.

Partiya sədri iddia edib ki, orta məktəblərdə narkomaniya baş alıb gedir.

Təhsil eksperti mövzuya həsr etdiyi “Facebook” statusunda yazır: “Hüquq-mühafizə orqanları Hafiz Hacıyevi "Yeni Müsavat"ın canlı yayınındakı bu ifadələrinə görə dindirəcəkmi? Hafiz Hacıyevdən sitat: "Məktəblərdə narkomaniya baş alıb gedir. Uşaqlar özlərinə əl- üz yumaq yerlərində narkotik iynələr vurdururlar. Bayramovun pulları azmı düşüb bunları edir?"

Açığı, bu cür ipləmədən məktəb haqqında nəsə soruşmağın özü qüsurludur. Adam cəmiyyətdə məktəbə qarşı nifrətə çağrış edir. Məktəbi Hafiz Hacıyev səviyyəsinə endirməyin, cənablar!”

635x100

Şərhlər

Ramil 2019-04-15 17:37:40

Bu Hafiz Hacıyevə,yəni Azərbaycan Prezidentliyinə namizəd olmuş şəxsə təhqir deyilmi? Yoxsa onun səiyyəsiz olduğunu bilə-bilə Mərkəzi seçki Komissiyası onu azərbaycanda prezidentliyə namizəd kimi təsdiq etmişdi? Bu ölkəyə təhqir idimi?Çünki onun debatlarda çıxışı da bunu təsdiq edirdi.

Pensiner 2019-04-15 17:37:40

indi uşaq məktəbē gəlməmişdim oranın fond pulu bayram pulu yıgılan bir yer oldugunu bilir.mēktēbdē dērs deyən müəllimlērin dērsi øz evlērindē hazırlıga gəlēn uşaqlara 80 ya 100 manat müqabilindē ke"diyini bilir.Etibar müēllim,mēktēb yoxdur.direktorun cibinə fond pulu adıyla rüşvət yıgan bir pedaqoji qurum varrrrr.ølüb mēktēb.basdıranı yoxdur.uşaqlara əsil oxumaq istēyēn uşaqlara uşagını oxutmaq üçün ayda repitorlata vermēyə 500-1000 manat pulu olmayan valideynlērē yazıgım gəlir.diplomlu işsiz

aysberq 2019-04-15 17:37:40

Bu məmurlara savadlı azərbaycamlı lazım deyil. Çünki savadlı adam onların etdikləri fırıldaqları onların gözlərinin içinə deyir. Onlar özləri savadsız olduqlarına görə savadlı adamlara cavab verə bilmirlər. Onlara savadsızlar lazımdır ki, qoyun kimi üstlərinə qışqıra bilsinlər. Nə qədər bu məmurlar var, hər şey ilbəil pisləşməyə doğru gedir. P.S. Savadsız adam savadlı adam görəndə savadsızı qaşınma tutur (hüştülü ata sözü).

hellas 2019-04-15 17:37:40

Mirzə müəllim icazə verin Sizinlə razılaşmayım!! Azərbaycanın təhsilinin məhvi bilirsiniz 70-ci illərin axırlarından başladı. Çünki o ərəfələrdə AZİ-yə, Universitetə, Politexnikə girə bilməyənləri, 300-500-1000 manata yerləşdirdilər APİ-lərə yəni müəllimliyə. Bu pul verib girən "tələbə-müəllimlər" də başladılar pul ilə oxumağa. Onlar APİ-ləri bitirdikdən sonra daraşdılar məktəblərə. O vaxtlar ruslar,yəhudulər və qeyri millətdən olan müəllimlər olduğu üçün onlar gözə çarpmırdı. Axırdada nəticəsi də bu!!

t.ədalət 2019-04-15 17:37:40

Məktəbləri Hafiz Hacıyevlərin səviyyəsinə endirənlər Sevinc Abbasova və onun havadarlarıdır.Bəzək-düzəyinə görə,az qala manikenə çevrilmiş X.Bayramovalar kimisini vəzifələrə daşıyanlardır....Narkoalverə görə bizdə cəza yoxdur.Vaxtı ilə müd.naziri olan Rəhim Qazıyev ordu anbarlarında saxlanılan "piramidolları" hansı yolla,haralara "əkişdirdiyini" hələ də araşdıran yoxdur..

Pərviz 2019-04-15 17:37:40

bu ekspert elebilirki .... 5-6 siniflerde artiq siqaret cekir.

Mirzə AĞ 2019-04-15 17:37:40

Azərbaycan məktəbini Misir yıxdı, Mikayıl iliyini vurdu, indiki isə leşini sürükləyir!!!

Mirzə AĞ 2019-04-15 17:37:40

Məktəb aetıq Sevinc Abbasovanınn səviyyəsindədi, Etibar müəllim!!!

Son yazılar