ERMƏNİLƏR və AZƏRBAYCANLILAR QARŞILIQLI SƏFƏRLƏR EDƏCƏKLƏR - Rəsmi

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb.

Açıqlamada deyilir:

"Bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari ilin martın 29-da Vyanada baş tutmuş Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin görüşünün nəticələri nəzərə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib", - XİN-dən bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında aprelin 15-də Moskvada baş tutan görüşün yekunları ilə bağlı bəyanat yayıb.

"Report" Rusiya XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, S.Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər.

"Tərəflər münaqişə zonasında, o cümlədən kənd təsərrüfatı işləri görülən zaman vəziyyətin daha da sabitləşməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Onlar həmçinin tərəflərin ərazisində həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi üzrə qarşılıqlı əsasda tədbirlər görülməsi üçün razılığa gəliblər. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması üzrə praktiki işlərə başlamağa dair razılıqlarını bildiriblər", - bəyanatda qeyd olunub.

Görüş iştirakçıları həmçinin yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

 

635x100

Şərhlər

azərbaycanlı 2019-04-15 17:37:16

Insanlar arasında əlaqə? Bu casusluğa və pasifizmə yol açacaq. Sonra fa gözəl bünlərin birində sorğu keçiriləcək. Bəlli olacaq ki, ermənj xalqi ilə dostluq naminə hər şeyi unutmaq lazımmış, elə belə də olacaq, 100 il so ra da Azərbaycan adlı ölkə xəritədən silinicək....

Türkoğlu 2019-04-15 17:37:16

Elmar Memmedyarov ermənilərlə danışıq aparması insanda qşcıq yaradır.Özünü elə aparır ki,sanki biz eməninin torpağını işğal etmişik.Hansı uğurlara nail olduq ki ermənilərlə gediş-gəliş razılaşması imzalayırsan?Hansı rayonu işğaldan azad etmisən?Ermənilərin axıtdıqları qanlardan xəbərin yoxdurmu?Rusların,Lavrovun təziqinə dözə bilmirsənsə istefa et.Xalqın əsəbləri ilə oynama.

t.ədalət 2019-04-15 17:37:16

İşğal olunmuş ərazilərdə ermənilərin şıdırğı tikinti-quruculuq işləri aparması,kənd və qəsəbələr salınıb ermənilərin orada məskunlaşması davam edən bir vaxtda ermənilərlə "qardaşlıq" yaratmaq Azərbaycana ən böyük xəyanətdir!Bunun başqa bir adı yoxdur!Nə qədər sadəlöv olmalısan ki,yerini-yurdunu əlindən alan,dinc adamlarını qətl edən bir dövlətə güzəşt edəsən.Allah bizi içərimizdən məhv edənlərdən qorusun!

t.ədalət 2019-04-15 17:37:16

Hər qayası,hər daşı şəhid qanına boyanan Azərbaycanın qapılarını ermənilərin üzünə açmaq istəyənlər hansı məqsədə qulluq edirlər?Düşmən daha necə olur ki? Rusiya işğalı həyata keçirəndən sonra,indi də Elmar kimi rusdillilərin əli ilə Azərbaycanı belə təhqir etdirir.

Qocaman Müəllim 2019-04-15 17:37:16

Bu fikri ortaya atan adam olduqca düşüncəsiz adamdır. Bəlkə dəı, həmin təklifi verən adamın ya arvadı, ya anası və ya hər ikisi ermənidir. Onlar bizim Konstitusion borclarını yerinə yetirən günhsız gənc əsgərlərimizi tez-tez qətilə yetirirlər, neçə illərdir QARABAĞIMLZI işğal edib, insanlarımızı, o cümlədən Şahbaqzı və Dilqəmi girovluqda saxlayıblar. Erməni xain millətdir, onlardan qorunmalıyıq. Böyüklərimizdən eşitmişik ki, "ermənini qapında gör".

Mirzaqa 2019-04-15 17:37:16

Lap bismis toyuqun gulmeyi galir.Biz taraflarda bu oyuna "XALAY-XALAY" deyirler.Qaribasi budur ki,illarla goruslar tayin edilir,monitoringlar kecirilir,atasgah elan edilir,ATET,Mins qruplari ortada guya raziliq alda edir.Faktiki olaraq ise hec bir say hall edilmir....

Yusif 2019-04-15 17:37:16

Bu millətə xəyanətdir, qorxaqlıqdır.

İnqlab İbrahimli 2019-04-15 17:37:16

Çox gözəl ,Öz torpaqlarimizda kənd təəssərufati işi və sairə uçun ermənilərdən icazə almaliyiqmiş.Bir bunu bilmirdim biabirçiliq İndə yenə gənclərimiz ermənilərlə təmas qurub evlənədə bilərlər.çox əla sazişdir Onda sual olunur niyə o qədər şəhid verirdik görəsən cənab E.Məmmədyarov Belə xarici siyasətin dunyada analoqu yoxdurGörəsən bizim məmurlar niyə bu qədər acizdirlər.Mən belə anlayiram ki məmurlarimiz öz vəzifələri naminə hər şeyə razidirlar

Seyid 2019-04-15 17:37:16

Bu görüşün “mustafası” rusiya vətəndaşı olan ermənilərin Azərbaycana sərbəst gəlib-getməsini təmin etməkdən ibarətdir. Zaxarovanı demirəm Lavrovun sözünün qabağında söz deməyə cəsarət lazımdı. O da bizdə yoxdu.

t.ədalət 2019-04-15 17:37:16

Bizim XİN-nin mövqeyi işğal olunan ərazilərimizin üzərində yaşayan ermənilərin və Rusiyanın arzusu ilə eynidir.Faktiki işğal altında qalan əraziləri nəzərə almadan ermənilərlə sülh anlaşması yapanlar bizim üçün ermənilər qədər təhlükəlidir.Heç bir qohum-əqrəbası cəbhə xəttində xidmətdə olmayan və şəhid edilməyən Elmar Məmmədyarov kimi məmurlar üçün düşmən erməni söhbəti yoxdur.Rusiyanın işğalçılıq planı ilə "oturub-duran" bu adamlar, bilməlidir ki, Azərbaycan xalqı elmarların tələsinə düşməyəcək!

Azər 2019-04-15 17:37:16

Biz əsrlər boyu bizə divan tutan düşmənlə necə barışa bilərik? Torpağımızda 2 dövlət quran düşmənlə,indi də hər gün cavanlarımızın qanını tökən düşmənlə. Minlərlə qadın uşaqlarımızı indi də əsirlikdə saxlayıb onlara qeyri insani divan tutan düşmənlə kim barışar? Düşmənlə ölüm dirim savaşına girib torpaqlarımızdan qovmaq lazımdır. Düşmənə məğlub olsaq da alçalmaq yox. Düşmənlə buradakı düşmən qanı daşıyanlar barışar vəssalam.

EJDER 2019-04-15 17:37:16

URA BU ANALOQU OLMAYAN HOKUMETIMISIN ,ANALOQU OLMAYAN XARICI SUYASETININ UQURUDUR...HAZIRLAWIN ,GEDIRIK,IREVANA CAY ICMEYE...

Mirzə AĞ 2019-04-15 17:37:16

İşğal davam edirsə, bu səfərlərin nə mənası var?! İşğalı legitimləşdirmək istəyirsiniz?

Son yazılar