Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi aparılacaq

Dərc olunub: 15/04/2019 - 17:46

3cb07609-c05a-49f8-badc-a8d1615f9ee8Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi aparılacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Sənədə əsasən, Prezident Administrasiyası inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.

Administrasiyanın hüquq xidməti vasitəsilə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə işlərin əlaqələndirilməsini təmin ediləcək.

Fərmanla Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.








loading...


Fikrinizi bildirin