Təhsil Nazirliyindən 23 nömrəli məktəblə bağlı açıqlama

Təhsil Nazirliyi 23 nömrəli məktəbdən Milli Qəhrəman Tahir Həsənovun adının götürülməsi ilə bağlı sorğulara cavab olaraq bildirir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinə hörmət bəslənilməsi milli təhsil konsepsiyamızın vacib elementini təşkil edir:

“Hər bir təhsil ocağında Vətən torpaqları uğrunda şəhid olmuş qəhrəmanlarımızın keçdikləri döyüş yoluna həsr olunmuş xüsusi güşələr var.

23 nömrəli məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb. Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur”.

Təhsil Nazirliyi onu da qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid adlarının məktəblərə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir: “Şəhid adının əbədiləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə aidiyyatı qurumların qarşısında vəsatət qaldırıb”.

Təhsil Nazirliyi mətbu orqanlarında və sosial şəbəkələrdə milli qəhrəmanlarının adlarının hər hansı “sensasiya” axtarışında istifadə olunmasını təəssüf hissi ilə qarşılayır və qətiyyətlə pisləyir.

Qeyd edək ki, Milli Qəhrəman Tahir Həsənovun ailəsi Modern.az-a oğlunun adını daşıyan məktəblə bağlı məsələni ictimailşdirməyi xahiş edib. Milli Qəhrəmanın anası Qalibə xanım baş verənlərlə bağlı deyib:

“Bakının 28 may küçəsində, “Nizami” kinoteatrına çatmamış 23 saylı məktəb vardı. 2 il bundan qabaq həmin məktəbi təmir üçün bağladılar. Təmir artıq başa çatıb, 2 gün bundan qabaq gedib gördüm ki, məktəbə oğlumun adını verməyiblər. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə həmin məktəbə oğlumun adı verilib. 1994-cü ilin sentyabrın 3-də orada büstünü də açdılar. O büstü məşhur heykəltəraş Ömər Eldarov düzəltmişdi. Həmin büstün açılışında mərhum prezident Heydər Əliyev də iştirak edib. İndi isə büstü harasa atıblar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar