“Prezidentin şoumenə çevrilməsi kədərlidir...” - Poroşenko Zelenskinin sənətini "əlindən alır"

“AzPolitika.info” xəbər verir ki, Ukraynada aprelin 21-də keçiriləcək prezident seçkisinin favoriti sayılan şoumen Vladimir Zelenski rəqibi, hazırkı prezident Pyotr Poroşenkonu aprelin 14-də keçirdiyi təbliğat mitinqinə görə tənqid edib.

Zelenski bildirib ki, son seçki təbliğatı dönəmində Poroşenko yalnız iki hərəkətilə - narkotik və alkoqol asılılığını test edən qan analizi verməklə və “Olimpiyski”də keçirdiyi mitinqlə yadda qalıb. Hansı ki, həmin gün Poroşenko mitinq yox, Zelenski ilə debat keçirmək istəyirdi. Lakin Zelenski onun çağırışını qəbul etməmişdi.

V.Zelenski ümumiyyətlə, Poroşenkonun son davranışlarının prezident postuna yaraşmadığını deyib.

Xatırladaq ki, bundan öncə Poroşenko telekanalların birinə dəvətsiz gələrək, Zelenski ilə mübahisəyə girişmişdi. Zelenski prezidentin öz birbaşa vəzifələrini unudaraq, şou göstərməyə başladığını bildirib və onun sənətini ”əlindən almaq” cəhdinə eyham vurub.

Namizəd deyib ki, prezident şou göstərməklə yox, Ukrayna müdafiə sənayesi sahəsindəki açıq korrupsiya faktlarının araşdırılması və Rusiya tərəfindən həbs olunan hərbi dənizçilərin azad olunması kimi məsələlərlə məşğul olmalıdır: “Zəhmət olmasa, bunları edin. Bu, sizin işinizdir. Şoumen prezident ola bilər. Ancaq prezidentin şoumenə çevrilməsi kədərlidir...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar