YAP-çılar Ərdoğanla görüşdü

Görüşdə Türkiyənin yeni prezidenti sentyabrın ilk günlərində Azərbaycana səfər edəcəyini deyib

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə Tükiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında iştirak edən YAP nümayəndə heyətinin üzvü - YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, görüşdə R.T.Ərdoğan Azərbaycan xalqına salamlarını çatdırıb və bildirib ki, sentyabrın ilk günlərində Azərbaycana səfər edəcək.

Sonra nümayəndə heyəti Əhməd Davudoğlu ilə görüşüb və ona AKP-nin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyətinə YAP icra katibinin müavini, Milli Məclisin deputatı S.Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir. /Trend

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar