ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək – İDDİA

Dərc olunub: 15/04/2019 - 22:34

tramp-erdogan1ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu iddia Türkiyə mətbuatında yayılıb.

“Yeni Şəfəq” qəzetinin yazarı Mehmet Acetin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi türkiyəli həmkarlarına 30-dan çox sanksiyanın yer aldığı siyahı təqdim edib. Bu siyahıdakı maddələr Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi tədarük etməsi təqdirində tətbiq olunacaq. Burada, həmçinin, F-16 qırıcılarının hissələrinin tədarükünü dayandırmaqla bağlı sanksiyaya da yer verilib.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında müxtəlif səbəblərdən ortaya çıxan gərginlik zamanla maliyyə böhranlarının yaranması səviyyəsinə qədər gəlib çatıb. ABŞ Türkiyənin dollardan asılılığından istifadə edərək öz istəklərini həyata keçirmək üçün bu fürsətdən təhdid kimi istifadə edir.








loading...


Fikrinizi bildirin