"Ermənistan narkotacirlər üçün şərait yaradır" - Novruz Məmmədov

İşğal altındakı torpaqlarda və hərbi münaqişə zonalarında narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradır.

Bu fikirləri Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxış edən baş nazir Novruz Məmmədov deyib.

O bildirib ki, Azərbaycan da belə bir problemlə üzləşib: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də, narkotrafikə və digər cinayət hallarına şərait yaradır.

Bu, narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə də gətirib çıxarır. Bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır”.

Baş nazir qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.

Virtualaz.org xatırladır ki, aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar