Braziliya Cənubi Amerika Millətləri İttifaqından çıxır

Dərc olunub: 16/04/2019 - 09:04

491d0279-5bf0-4e6b-bc84-f14edfc10282Braziliya bazar ertəsi Cənubi Amerika Millətləri İttifaqından (CAMİ) çıxdığını elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytına yerləşdirilən məlumatda deyilir.

Braziliya hökuməti, aprelin 15-də Cənubi Amerika Millətləri İttifaqının təsis müqaviləsini ləğv edərək, təşkilatdan çıxma prosedurunu tamamlayıb. Qərar barədə xəbərdarlıq rəsmi olaraq sənədin depozitarisi olan Ekvador hökumətinə təqdim edilib”, – deyə məlumatda bildirilir.

Qərar elan olunduğu tarixdən altı ay sonra qüvvəyə minəcək.

Bundan əvvəl Argentina Cənubi Amerika Millətləri İttifaqının gündəliyi ilə razılaşmaması və birlikdaxili böhran səbəbindən qurumun tərkibindən çıxıb. Daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru bu addımı atıb. Hazırda CAMİ-də Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana təmsil olunmaqdadır.








loading...


Fikrinizi bildirin