İsrail Fələstindən sonra daha bir ölkəni vurdu

İsrail ordusu Suriyada iki hərbi bazanı vurub.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail tərəfi yayıb. İsrail ordusu Suriyadan İsrailin nəzarəti altında olan Qolan təpələrinin vurulmasından sonra bu addımı atdığını açıqlayıb.

İsrail ordusundan adının açıqlanmasını istəməyən bir səlahiyyətli İsrail ordusunun Suriyada iki hərbi bazanı vurduğunu, ancaq Suriyadan atılan top atəşlərinin isə onlara yönləndirilmədiyini bildirib.

Suriyadan İsrailə atılan top atəşi nəticəsində hər hansı itkinin olmadığı qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar