Tramp Ağ Evdə Ərdoğanın kürəkənini qəbul edib - - ABŞ prezidenti ilk dəfə başqa ölkənin nazirilə görüşüb

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib. Türkiyənin NTV telekanalıxəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.

Nazir rəsmi Ankaranın Rusiyadan aldığı “S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, - B.Albayrak vurğulayıb.

O, yaxın zamanda D.Tramp ilə R.T.Ərdoğan arasında görüşün keçirilə biləcəyini də bildirib.

Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.

Onu da qeyd edək ki, tarixdə ilk dəfədir ki, ABŞ  prezidenti başqa bir ölkənin nazirini qəbul edib.

Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar