Ağdamda dəhşət – Qadın 10 aylıq qızını boğaraq öldürüb (Yenilənib)

Dərc olunub: 16/04/2019 - 13:20

585cb57e8175d0a

Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

“Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Günel Şahsevər qızı İsmayılova 10 aylıq körpə qızını boğaraq öldürüb. O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.

Bildirilib ki, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Nəticədə boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

* * *

Ağdamda ana qızını qətlə yetirib.

ONA-nın yerli muxbirinin xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.










loading...


Fikrinizi bildirin