Made in Azerbaijan” biznes ideya müsabiqəsi 2019

Dərc olunub: 16/04/2019 - 11:30

madeinazerbaijan posterAzərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.
Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək.
Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və digər təlimlər keçiriləcək.
“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:
§ 16 aprel-5 may – Biznes ideyaların qəbul edilməsi;
§ 6 may- 12 may – Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi;
§ 14 may-16 may – Finalçılara mentorluq və təlimlərin keçirilməsi;
§ 20-23 may – Final mərhələsi və mükafatlandırılma;
§ Finala çıxmış biznes ideyaların təqdimatı və münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.
Biznes ideyalar təqdim edilməsi barədə tələblər:
§ İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu;
§ Modern, orijinal, kreativ və aktual yanaşma;
§ Layihənin daxili bazarda tətbiqinin reallığı;
§ Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);
§ Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı.
Biznes ideyaları 5 may 2019-cı il tarixinə qədər [email protected] e-mail ünvanına göndərilə bilər.
Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.










loading...


Fikrinizi bildirin