BVF-nun rəhbəri ilə bağlı istintaq gedir

Beynəlxalq Valyuta Fondunun rəhbəri Lagarde bildirib ki, o, Fransanın maliyyə naziri olduğu dövrdə baş verən korrupsiya məsələsi ilə bağlı hazırda formal istintaq altındadır.

Lagardenin o vaxt səhlənkarlıq göstərib-göstərməməyi araşdırılır.

Lagarde deyib ki, bu istintaqla bağlı istefa vermək fikrində deyil. 2008-ci ildə iş adamı Bernard Tapie dövlətdən 400 milyon avro kompensasiya aldı. Tapie və qismən dövlətin olan Credit Lyonnais bankı arasında mübahisə 1993-cü ildə Adidas idman malları qrupunun satışı üstündə gedirdi.

Dövlətin niyə belə böyük məbləğ ödəməsi o vaxtdan suallar doğurur. Bu məsələ ilə bağlı 5 nəfər məhkum olunub. Onlardan biri Lagardenin keçmiş işlər müdiri Stephane Richarddır. Lagarde deyir ki, o, həmişə dövlət marağından və qanunla hərəkət edib. /azadliq.org

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar